Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Xaos bataqlığı: Ermənistan çapalayır və daha dərinə gedir

Xaos bataqlığı: Ermənistan çapalayır və daha dərinə gedir

Bakı, 15 iyul, AZƏRTAC

Son zamanlar dünyanın böyük dövlətləri Cənubi Qafqazda diplomatik fəallığı artırıblar. Qərb dövlətləri, Rusiya, Türkiyə, İran kimi ölkələr müəyyən addımlar atırlar. Artıq Almaniyanın və Rusiyanın xarici işlər nazirləri regionda olublar. ABŞ-ın dövlət katibi Con Kerri də regiona gəlib. Rusiya və İran prezidentlərinin gələn ay Bakıya səfəri gözlənilir. Bundan başqa, Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışır. Avqustda Rusiya və Türkiyə prezidentlərinin də görüşü nəzərdə tutulur. Bütün bunlar Cənubi Qafqazda geosiyasi və hərbi vəziyyətə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə ciddi təsir göstərə bilər. İndi bir sıra böyük dövlətlər bu problemin real həllində maraqlıdırlar. Bunların fonunda region ölkələrinin diplomatik addımları maraq doğurur. Bakı təmkinli, müstəqil və ədalətli siyasətini davam etdirirsə, Ermənistan rəhbərliyi özünün yaratdığı siyasi-diplomatik bataqlıqda çırpınır. Onun məntiqsiz və qeyri-konstruktiv addımları artır. Bunun fonunda regionda proseslərin proqnozlaşdırılmasına yeni ehtiyac yarandığını düşünmək olar.

Siyasətçilərin İrəvana səfərləri: real vəziyyət və erməni incikliyi

Ermənistan siyasi mühiti yenidən qarışıb. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin, Rusiya xarici işlər naziri Sergey Lavrovun regiona səfərləri, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvandakı tədbiri və NATO-nun Varşava Sammiti rəsmi İrəvanın əhval-ruhiyyəsini korlayıb. Qərb ölkələri və Rusiya diplomatiyasının Cənubi Qafqazda fəallaşması özlüyündə əhəmiyyətli prosesdir. Çünki burada uzun illərdir ki, həllini tapmayan və regional inkişafa mane olan, qlobal təhlükəsizliyə təhdidlər yaradan münaqişələr var. Onların ədalətli həlli zamanın tələbidir. Lakin Ermənistan rəhbərliyini də qorxudan məhz bu həqiqətdir.

Faktlara müraciət edək. Almaniyanın xarici işlər nazirinin regiona səfəri öncəsi erməni KİV-ləri Azərbaycan və Türkiyənin pis vəziyyətə düşdüyündən və guya beynəlxalq ictimaiyyətin artıq onlardan haqq-hesab tələb etdiyindən yazır, bunun fonunda Ştaynmayerin İrəvanı rahatlada biləcək fikirlər söyləyəcəyini proqnozlaşdırırdılar.

Ancaq bu ümidlər özünü doğrultmadı. Almaniya rəsmisi Ermənistana hər hansı vəd vermədi, onu dəstəkləyəcəklərindən danışmadı. Əksinə, Ermənistana artıq münaqişənin həlli üzərində düşünməli olduğunu vurğulayan Ştaynmayer status-kvonun dəyişməli olduğunu da açıq bildirdi. Təbii ki, bu mesaj erməni separatçıların xoşuna gəlməyib. Lakin bu sözlərdən cəmi bir neçə gün sonra KTMT üzvləri də İrəvanı pərt ediblər (bax: Ованнес Мандакуни. Армения в кандалах / "1in.am", 5 iyul 2016).

Belə ki, bu təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin İrəvan görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul edilən bəyanat erməniləri razı salmayıb. Orada bildirilir ki, Vyana və Sankt-Peterburq danışıqlarında əldə olunan razılığa əməl edilməli, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətlərinə dəstək artırılmalı və Helsinki Yekun Aktının prinsipləri yerinə yetirilməlidir (bax: əvvəlki mənbəyə).

Göründüyü kimi, normal şərtlərdir. KTMT faktiki olaraq beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə ifadə edilən müddəalardan kənara çıxmayıb. Burada əlavə olunan prezidentlərin son aylar təşkil edilmiş Vyana və Sankt-Peterburq görüşləridir. Bəs ermənilər nədən narazıdırlar?

Sən demə, onlar uzun illərdir apardıqları xarici siyasətin dalana dirənməsindən bərk narahatdırlar. Konkret desək, İrəvan KTMT-dən açıq hərbi dəstək gözləyir və eyni zamanda, Azərbaycanın ittiham olunmasını tələb edir. Onlar misal da göstərməyə çalışırlar ki, Azərbaycanı İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) birbaşa müdafiə edir (bax: əvvəlki mənbəyə). Ermənistanın üzv olduğu KTMT isə neytral mövqe tutur.

Rəsmi İrəvanın gizlətmək istədiyi əsas məqam bu fikirlərdə əks olunub. Məsələ ondan ibarətdir ki, beynəlxalq təşkilatlar məhz Azərbaycanı deyil, haqqı, ədaləti, Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Onlar bir şeyi deyirlər: işğalçı zəbt etdiyi Azərbaycan ərazilərindən çıxmalıdır. Həm də bunu İƏT və türkdilli ölkələrin ortaq təşkilatından əvvəl BMT, ATƏT, Avropa İttifaqı, NATO, AŞPA və başqa beynəlxalq təşkilatlar deyiblər. Bunlar isə “türkpərəst” qurumlar deyil, əksinə, Qərbin (əsas olaraq ABŞ-ın) diktəsi ilə fəaliyyət göstərən təşkilatlardır.

Vassallıq və cahillik: ermənilərin iki xüsusiyyəti haqqında

Digər tərəfdən, maraqlıdır, KTMT Dağlıq Qarabağla bağlı nəyi deməlidir ki? Yəni İrəvanı təcavüzkar əməllərinə görə tərif etməlidir və ona bu işdə hər cür yardım göstərəcəyini bəyanlamalıdır? Onsuz da Rusiya Ermənistana lazımi qədər hərbi sursat verir. Əslində, rəsmi İrəvan yaranmış vəziyyətdə hiss edir ki, məğlubiyyət qapının ağzındadır. Ondan öz gücünə yaxa qurtara bilməyəcək. Bu səbəbdən əlacı yalnız KTMT-yə qalıb. Ona yalvarır, gah da küsür, yaxud diplomatik gedişlər etməyə çalışır. Hələlik Ermənistan rəhbərliyinin bütün cəhdləri boşa çıxır.

O biri tərəfdən də Qərbin İrəvana arxa duracağına erməni ekspertlər inanmırlar. Bunun iki mühüm səbəbi göstərilir. Birincisi, Ermənistan öz geosiyasi seçimini məlum “2013-cü il 3 sentyabr” tarixində edib. Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmaqla, İrəvan həmin andan strateji məqsədini müəyyənləşdirib. İkincisi, Ermənistan real olaraq suveren dövlət deyil. Onun tamamilə Moskvadan asılı olduğunu heç kəs gizlətmir. Bu səbəbdən Rusiya rəhbərliyinin Azərbaycanla əməkdaşlığı gücləndirməsi birmənalı şəkildə Ermənistanda antierməni addım kimi qiymətləndirilir. Təbii ki, reallıqda belə deyil.

Bütün bunları nəzərə alaraq, erməni analitik İqor Muradyan yazır ki, “ermənilər NATO-nun düşmənidirlər” (bax: Игорь Мурадян. Армяне – враги НАТО / "Lragir.am", 4 iyul 2016). O, fikrini konkret faktlarla sübuta yetirir. Bu kontekstdə bir neçə tezis üzərində dayanmağa ehtiyac görürük. Çünki onlar faktiki olaraq rəsmi İrəvanın siyasi kimliyini və erməni cəmiyyətinin psixoloji durumunu ifadə edir.

Erməni ekspert yazır ki, Ermənistanın aparıcı “tərəfdaşı” Rusiya həm də Azərbaycanın dostu “çıxdı”. Moskva başqa dövlətlərdən silah almağa imkan vermir. Belə çıxır ki, erməni siyasi şüurunda “Rusiya Ermənistanla elə yaxınlıq etməlidir ki, hər məsələdə tamamilə anti-Azərbaycan mövqeyi tutsun” kimi bir ehkam kök salıb. Müasir siyasətdə bu, yalnız istehza doğura bilən özünüaldatmadır.

Sonra, Ermənistanın keçmiş müdafiə nazirinin ölkənin suverenliyi haqqında zəhlətökən danışıqları blefdən başqa bir şey deyil. O, “öz xidməti tarixçəsinə nəzər salsa”, bu fikir aydın olar (bax: əvvəlki mənbəyə).

Daha maraqlısı bunlardan sonra gətirilən fikirdir. Analitik vurğulayır: “Ermənistan rəhbərliyi əhalinin səssiz razılığı ilə ölkəni tam aciz duruma gətirib və onu qanuni vassal vəziyyətinə salıb”. Hətta NATO Ermənistanı suveren dövlət hesab etmir (bax: əvvəlki mənbəyə).

Nəhayət, bütün bunların əsas səbəbi erməni cəmiyyətinin bir xüsusiyyəti ilə bağlıdır. Belə ki, “ermənilər aztəhsilli (yəni, cahil – müəllif) xalqdır və bu vəziyyətdən necə xilas olmağı təsəvvür edə bilmir. İndi razılaşmaq lazım gəlir ki, artıq seçim olmayacaq. Bəlkə də gözlənilənlərdən də pis zaman gəlir” (bax: əvvəlki mənbəyə).

Bu tezisləri ümumiləşdirsək, görərik ki, Ermənistan rəhbərliyi və cəmiyyəti bir-birini tamamlayır – cahil cəmiyyət vassal liderlər yetişdirər! Hazırkı vəziyyətdə erməni cəmiyyəti öz məhdud və radikal dünyagörüşü əsasında Serj Sarkisyan kimilərin rəhbərliyinə razı olub, əvəzində, başqa dövlətdən tam asılılıq “qazanıb”! Belə bir ölkəyə Ştaynmayer, yaxud Lavrovun səfərləri nə verə bilər? Onlar Ermənistanı vassallıqdan və ağlabatmayan, məntiqsiz xarici siyasət kursundan necə xilas edə bilərlər? Misal var, “çayda batanı yalnız özü qurtara bilər”!

Konkret desək, rəsmi İrəvanın KTMT-dən, yaxud Moskvadan inciməyə haqqı yoxdur. O, ilk olaraq özünü dəyişməlidir. Yəni, müasir dövrün tələblərinə uyğun siyasət kursu götürməlidir. Burada beynəlxalq hüquqa sözsüz əməl edilməli, başqa ölkələrə qarşı təcavüzkar addımlara yol verilməməlidir. Azərbaycan bu aspektdə Ermənistan rəhbərliyi üçün nümunə ola bilər.

Beləliklə, Cənubi Qafqazda böyük dövlətlərin diplomatik fəallığının artmasından Ermənistan rəhbərliyi bərk narahatdır. Ancaq o, necə davranmağı müəyyənləşdirə bilmir. Xaotik surətdə gah havadarlarına yalvarır, gah onlardan küsür, gah da Azərbaycanı ittiham etməyə çalışır. Reallıq isə birdir. O, tələb edir ki, İrəvan konstruktiv siyasət yeritsin. Əks halda, Ermənistan özünün yaratdığı xaos bataqlığında batacaq.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib