DÜNYA
Xarab məhsulları bir dəqiqə ərzində müəyyənləşdirmək mümkün olacaq
Bakı, 23 sentyabr, AZƏRTAC
Amerikalı alimlər tərəfindən hazırlanmış cihaz məhsulların xəstəlik törədən mikroorqanizmlərə yoluxmasını bir dəqiqədə müəyyənləşdirmək qabiliyyətinə malikdir. Həmin qurğu 15 dəqiqə ərzində təsdiqlənmiş nəticə təqdim edir.
AZƏRTAC “mail.ru” saytına istinadən xəbər verir ki, qurğu mikroorqanizmlərin axtarışı üçün eyni anda iki metoddan istifadə edir: maqnit rezonansı və fluoressensiya yoxlaması. İki metoddan istifadə hətta bakteriyaların azlığı zamanı nəticəni daha tez əldə etməyə imkan verir.
Diaqnostikaya 1 dəqiqə vaxt sərf olunur. Tədqiqata başladıqdan 15 dəqiqə sonra təsdiqlənmiş nəticəni əldə etmək mümkündür.