CƏMİYYƏT


Xarici İşlər Nazirliyinin əməkdaşları oftalmoloji müayinədən keçiblər

Bakı, 2 avqust, AZƏRTAC

Avqustun 2-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Xarici İşlər Nazirliyinin əməkdaşları arasında oftalmoloji baxış keçirib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində mərkəzin yüksəkixtisaslı tibb personalı Xarici İşlər Nazirliyinin əməkdaşlarını oftalmoloji müayinədən keçirib.

Mərkəzin səyyar klinikası müasir diaqnostik və cərrahi oftalmoloji avadanlıqla, elektrik, istilik, kondisioner sistemləri ilə təchiz edilmiş iri qabaritli avtomobil olaraq hər bir şəraitdə işləyə bilir. Burada xəstənin müayinəsi və cərrahi əməliyyatının aparılması üçün bütün imkanlar yaradılıb. Bu klinika ölkəmizin ən ucqar rayon və kəndlərində əhaliyə yüksəkixtisaslı, müasir texnologiyalı cərrahi və terapevtik oftalmoloji yardım göstərir, Bakı şəhərində müxtəlif müəssisələrdə, məktəblərdə kontingentin dispanser müayinəsini aparır. İndiyədək səyyar klinikada minlərlə xəstə müayinə olunub, yüzlərlə xəstənin gözündə cərrahiyyə əməliyyatı aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.