SİYASƏT
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatı
Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Fransada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi ərəfəsində Ermənistan, Fransadakı erməni diasporu və onun bilavasitə təsiri altında olan Fransua Roşebloun kimi şəxslər tərəfindən məqsədyönlü şəkildə belə qeyri-qanuni əməllərə yol verilməsi ilk növbədə Fransaya qarşı törədilmiş təxribatçılıq cəhdidir.
Ermənistan və Fransadakı erməni diasporunun təsiri altında olan, şovinist və irqçi baxışları ilə tanınan Fransua Roşeblounun Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim ilə qurduğu təmaslar separatizm, etnik təmizləmə, insanlığa qarşı cinayətlər, işğal və təcavüzün təşviqinə rəvac verməkdə bilavasitə rol oynayır.