ELM VƏ TƏHSİL
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bakı Dövlət Universitetində mühazirə oxuyub
Bakı, 21 noyabr, AZƏRTAC
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, jurnalistika fakültəsinin dekan əvəzi, professor Cahangir Məmmədli XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ilə görüşün əhəmiyyətini qeyd edib.
H.Hacıyev jurnalistika fakültəsinin ingilis dili qruplarının tələbələrinə təmsil etdiyi qurumun informasiya siyasəti ilə bağlı ingilis dilində mühazirə oxuyub.
Mühazirəçi ölkə daxilində və xaricində baş verən hadisələrə jurnalistlərin təsiri, jurnalist-mətbuat xidmətləri münasibətlərinin tənzimlənməsi, ekstremal vəziyyətlərdə online media resursları ilə iş və s. barədə danışıb.
Sonra müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]