ELM VƏ TƏHSİL


Xarici KİV-lər Bakı Ali Neft Məktəbi tələbələrinin uğurlarından yazıb

Bakı, 9 iyun, AZƏRTAC 

Bakı Ali Neft Məktəbi (BANM) tələbələrinin İtaliyanın “Maire Tecnimont Group” şirkətinin Azərbaycan üzrə nümayəndəliyi olan “KT-Kinetics Technology” şirkətinin müəssisələrində keçdikləri uğurlu istehsalat təcrübəsi yerli mətbuatla yanaşı, xarici KİV-lərin də diqqətini çəkib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, azərbaycanlı tələbələrin uğurları barədə məlumat ingilis, fransız və italyan dillərində “Maire Tecnimont Group” şirkətinin rəsmi saytında, həmçinin bir sıra beynəlxalq informasiya agentliklərdə və qəzetlərdə dərc olunub.

Xatırladaq ki, BANM-də kimya mühəndisliyi ixtisası üzrə təhsil alan 5-ci kurs tələbələri Amail Məmmədova, Riyad Baxşiyev və Sənan İbrahimov İtaliyanın “Maire Tecnimont Group” şirkətinin Azərbaycan üzrə nümayəndəliyi olan “KT-Kinetics Technology” şirkətinin müəssisələrində təşkil edilən istehsalat təcrübəsi proqramını uğurla başa vurublar və sertifikatlarla təltif ediliblər. İstehsalat təcrübəsi proqramı BANM ilə “Maire Tecnimont Group” şirkəti arasında 2016-cı il oktyabrın 19-da imzalanmış əməkdaşlıq haqqında razılaşma çərçivəsində həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.