ELM VƏ TƏHSİL


Xarici dillərin tədrisinin aktual problemləri araşdırılıb

Bakı, 11 may, AZƏRTAC 

Mayın 11-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin yaranmasının 80 illiyinə həsr olunan “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransı işə başlayıb.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, iki günlük konfransın plenar iclasında ADU-nun rektoru vəzifəsini icra edən, professor Əfqan Abdullayev tədbirin xarici dillərin tədrisi kimi önəmli bir məsələyə həsr olunduğunu söyləyib.

ADU-nun Azərbaycanda ənənəvi dil sahəsində ilk müəllim hazırlayan ali təhsil müəssisəsi olduğunu diqqətə çatdıran Ə.Abdullayev müasir dövrdə tələbələrin öz ixtisaslarını dərindən bilmək, informasiya texnologiyalarından istifadə etmək və xarici dil bilmək bacarıqlarına malik olmalarının vacibliyini vurğulayıb.

Qeyd edilib ki, konfransın keçirilməsinin əsas məqsədi qloballaşma dövrü prizmasından dil tədrisinin aktual məsələlərinin müzakirə edilməsidir.

Konfransın sonunda bölmə rəhbərlərinin hesabatları dinləniləcək və yekun sənəd qəbul olunacaq.

Plenar iclasda ADU-nun ümumi dilçilik kafedrasının professoru Fəxrəddin Veysəlli “Dil öyrətmədə anlam konsepsiyası”, universitetin müəllimi Aytən Kazımova “Qeyri-ixtisas fakültələrində “İşgüzar ingilis dili”nin tədrisində İKT-dən istifadə qaydaları” mövzularında məruzələrlə çıxış ediblər.

Dörd bölmədə işini davam etdirən konfransda ümumilikdə 197 məruzə dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.