SİYASƏT


Xarici dövlətlərin Azərbaycandakı hərbi attaşeləri Hərbi Dəniz Qüvvələrinə tanışlıq səfəri ediblər

A+ A

Bakı, 8 noyabr AZƏRTAC

Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün noyabrın 8-də Hərbi Dəniz Qüvvələrinə (HDQ) tanışlıq səfəri təşkil edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 14 dövləti təmsil edən 20-dən çox qonağa HDQ barədə brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qonaqlar hərbi hissənin qərargahı, silahlanmasındakı hərbi texnikası, şəxsi heyətin yerləşmə şəraiti, inzibati binaları, əsgər yeməkxanası və digər obyektlərlə tanış olublar.

Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.