SİYASƏT
Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana səfər edəcək
Bakı, 21 iyul, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 24-də Macarıstanda rəsmi səfərdə olacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Rəsmi görüşdən sonra Azərbaycan və Macarıstan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcəkdir.
Xatırladaq ki, 2014-cü il noyabrın 3-4-də Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan Respublikasına rəsmi səfər edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [17:58]
Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq
- 29.03.2024 [14:31]
Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb
- 29.03.2024 [13:57]
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
- 29.03.2024 [12:28]