İQTİSADİYYAT
Xarici kreditlər üzrə layihələrin maliyyələşdirilməsi ilə bağlı ödənişlərin müqavilə şərtlərinə uyğunlaşdırılması vacibdir
Bakı, 3 iyul, AZƏRTAC
“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsində nəzərdə tutulmuş dəyişikliklərin bir istiqaməti xarici kreditlər üzrə Azərbaycan tərəfinin iştirak payı ilə bağlı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının mətbuat xidmətindən verilən məlumatda bildirilir.
Hesablama Palatasının Qanun layihəsi ilə bağlı təqdim etdiyi rəyə əsasən, 2017-ci ilin dövlət büdcəsinin ilkin təsdiq edilmiş xərclərində 5 layihə üzrə təsdiq edilmiş 144,1 milyon manat məbləğində vəsaitin məbləği 167,0 milyon manat artırılıb, ilkin nəzərdə tutulmamış 1 layihə üzrə 3,0 milyon manat məbləğində vəsaitin ayrılması təklif edilib. Beləliklə, xarici kreditlər üzrə Azərbaycan tərəfinin iştirak payının cəmi 170,0 milyon manat məbləğində artırılması nəzərdə tutulub.
Hesablama Palatası öz rəyində həyata keçirdiyi nəzarət tədbirləri və təhlillərə əsaslanaraq xarici kreditlər üzrə Azərbaycan tərəfinin iştirak payının maliyyələşdirilməsi ilə bağlı ödənişlərin müqavilə şərtlərinə uyğunlaşdırılmasını məqsədəmüvafiq hesab edib.