İQTİSADİYYAT
Xarici müəssisə və təşkilatlar əsas kapitala 5 milyard manatdan çox vəsait yönəldib
Bakı, 16 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 5 milyard 281,1 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 4 milyard 654,2 milyon manatı (88,1 faizi) Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ, Yaponiya və Çexiya sərmayədarlarına məxsus olub.
Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 10,1 faizini əsaslı təmir, 4,5 faizini cari təmir, 18,2 faizini isə digər tikinti işləri təşkil edib.
Ümumi inşaat işlərinin 86,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:09]
Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar
- 19.04.2024 [19:00]
® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 19.04.2024 [18:42]
“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub
- 19.04.2024 [18:24]
EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib
- 19.04.2024 [16:26]