İQTİSADİYYAT


Xarici müəssisələr Azərbaycanda əsas kapitala 2,9 milyard manata yaxın vəsait yönəldib

Bakı, 21 may, AZƏRTAC 

2017-ci ilin yanvar-aprel aylarında xarici müəssisə və təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala 2 milyard 877,1 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 491,8 milyon manatı (86,6 faizi) Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.

Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,6 faizini tikinti, yenidənqurma və genişləndirmə, 9 faizini əsaslı təmir, 4,5 faizini cari təmir, 17,9 faizini isə digər işlər təşkil edib.

Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.