İQTİSADİYYAT


Xarici müəssisələr əsas kapitala 7 milyard manatdan çox vəsait yönəldiblər

Bakı, 20 dekabr, AZƏRTAC 

2016-cı ilin yanvar-noyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 7 milyard 678,1 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirlib ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 6 milyard 514,5 milyon manatı (84,8 faizi) Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.

Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,0 faizini tikinti, yenidənqurma və genişləndirmə, 11,8 faizini əsaslı təmir, 3,8 faizini cari təmir, 16,4 faizini isə digər tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 87,0 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.