İQTİSADİYYAT


Xarici müəssisələr tərəfindən əsas kapitala 4 milyard manatdan çox vəsait yönəldilib

Bakı, 23 iyul, AZƏRTAC 

2017-ci ilin yanvar-iyun aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 milyard 282,7 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 583,1 milyon manatı (83,7 faizi) Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.

Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,5 faizini tikinti, yenidənqurma və genişləndirmə, 10,5 faizini əsaslı təmir, 4,2 faizini cari təmir, 17,8 faizini isə digər tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 87,0 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.