ELM VƏ TƏHSİL
Xarici ticarət üzrə kadr hazırlığı təkmilləşdirilir
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycanda qeyri-neft ixracının stimullaşdırılması və xarici ticarət üzrə kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədbirlər planının hazırlanmasına başlanılıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, planda qeyri-neft məhsullarının ixracı istiqamətində fəaliyyətləri özündə cəmləşdirəcək mərkəzin yaradılması, beynəlxalq bazarların araşdırılması işinin təşkili məsələləri yer alıb. Sənəd universitetdə ixracyönümlü tədris planlarına yer ayrılmasını, ixracatçılara metodiki dəstəyin göstərilməsini, Magistratura Mərkəzində, UNEC Biznes Məktəbində, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində mütəxəssislərin hazırlanmasını, yeni ixtisasların yaradılmasını nəzərdə tutur.