İQTİSADİYYAT


Xarici turistlərin ölkəmizdə rahat və mənalı istirahəti üçün bütün vacib addımlar atılacaq

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan “Əl-Cəzirə” telekanalının Türkiyə təmsilçiliyinə müsahibə verib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Ə.Qarayev müsahibədə ölkəmizdə turizm sənayesinin inkişafı üçün atılan addımlardan danışıb. Bildirib ki, ölkəmizdə turizm sənayesinin inkişafı Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Son illər bu sahədə həyata keçirilən yeniliklərdən danışan nazir viza sisteminin sadələşdirilməsi, bir sıra ölkələrin vətəndaşları üçün isə birbaşa hava limanlarımızda vizaların verildiyini vurğulayıb.

Ölkəmizin zəngin mədəniyyəti, əsrarəngiz təbiəti, tarixi-memarlıq abidələri, həmçinin yaradılan yeni turizm infrastrukturu, vizaların rahat şəkildə əldə olunması xarici turistlərin ildən-ilə artmasına səbəb olur.

Nazir qeyd edib ki, bu il ərzində xüsusi ilə ərəb ölkələrindən olan turistlərin Azərbaycana səfərləri bir neçə dəfə artıb. Ərəb ölkələrindən olan turistlərin ölkəmizə səfərlərinin artması bir tərəfdən viza sisteminin sadələşdirilməsidirsə, digər tərəfdən də xalqımızın yüksək qonaqpərvərliyi, dini birlik, mədəni və tarixi bağlılıqla əlaqədardır. Ə.Qarayev bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi olaraq bundan sonra da Azərbaycana gələn xarici turistlərin ölkəmizdə rahat və mənalı istirahəti üçün bütün vacib addımlar atılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.