İQTİSADİYYAT


Xarici turizm şirkətləri və KİV nümayəndələri üçün 18 infotur təşkil olunub

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

Son illər turizm sahəsində dövlət siyasətinin ardıcıl icrası qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olan turizmin inkişafına öz müsbət təsirini göstərməkdədir. Turizm infrastrukturunun genişləndirilməsi, turistlərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, həmçinin müxtəlif ölkələrin turizm nümayəndələrinin iştirakı ilə paytaxtımıza və regionlarımıza təşkil olunan infoturlar turizmin geniş təbliğ olunması istiqamətində atılan mühüm addımlardandır.

Cari ilin 6 ayı ərazində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Çin, Koreya Respublikası, Rusiya, Türkiyə, Fransa, Qazaxıstan, Qırğızıstan, Küveyt və Yaponiyanın nümayəndələri üçün ümumilikdə 18 infotur təşkil olunub. Bu işlərin həyata keçirilməsində Mədəniyyət və Turizm Nazirliyinin xarici ölkələrdəki turizm nümayəndəlikləri, həmin ölkələrdəki səfirliklərimiz, milli və xarici hava yolları şirkətləri yaxından iştirak ediblər.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin turizm potensialı, milli mətbəxi, nümayiş obyektləri, əl sənətkarlığı, milli adət-ənənələri və s. nümayiş etdirilib, eləcə də yerli turizm şirkətləri ilə bir sıra ikitərəfli (B2B) görüşlər keçirilib.

Qeyd edək ki, infoturların 8-i Mədəniyyət və Turizm Nazirliyinin xarici ölkələrdəki turizm nümayəndəlikləri ilə birlikdə həyata keçirilib.

Gələcəkdə ölkəmizin turizm potensialının xaricdə tanıdılması və Azərbaycana turist axınının təmin edilməsi məqsədilə infoturların həyata keçirilməsi istiqamətində müvafiq işlərin görülməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.