CƏMİYYƏT


Xarici universitetlər UNEC ilə təcrübələrini bölüşüblər

A+ A

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Belarus Dövlət İnformatika və Radioelektronika, “MİTSO” Beynəlxalq (Belarus) və Almatı Texnoloji universitetləri ilə birgə videoseminar keçirib. Q.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin təşkil etdiyi videoseminar elektron və distant tədris sahəsində yeniliklərdən istifadəyə həsr olunub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, videoseminarda elektron təhsilin tətbiqi və istifadəsi, online və distant təhsilin təşkili ilə bağlı iştirakçı universitetlərin təcrübələri bölüşülüb.

UNEC-də tətbiq edilən “Elektron universitet” modelinin, differensial əməkhaqqı sistemi, əlavə təhsildə və əcnəbi vətəndaşların qəbulunda, distant təhsilin təşkilində həyata keçirilən yeniliklər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.