İQTİSADİYYAT


Xarici valyutanın satışı və alışı ilə bağlı yeni qərar qəbul olunub

A+ A

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycanda "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları"nda dəyişiklik edilib. Mərkəzi Bankın bu qərarı oktyabrın 13-də qüvvəyə minib.

AZƏRTAC xəbər verir ki, qərar fiziki və hüquqi şəxslərin mülkiyyətində olan xarici valyuta vəsaitlərinin dövriyyəyə qayıtmasını asanlaşdırmaq məqsədi daşıyır.

Qərara əsasən, mübadilə şöbəsində nağd xarici valyutanın və xarici valyutada yol çeklərinin bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10000 ABŞ dollarına ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.