İDMAN


Xarkovda keçiriləcək boks üzrə Avropa çempionatının təqvimi dəqiqləşib

Bakı, 31 may, AZƏRTAC

Kişi boksçular arasında Ukraynanın Xarkov şəhərində keçiriləcək Avropa çempionatının təqvimi dəqiqləşib. Azərbaycan millisinin də iştirak edəcəyi yarışda iyunun 16-20-də ilkin döyüşlər baş tutacaq.

AZƏRTAC xəbər verir ki, “Lokomotiv” İdman Sarayında təşkil olunacaq çempionatda iyunun 21-də dörddəbir final mərhələsinin görüşləri keçiriləcək. Ardınca 1 gün istirahət edəcək boksçular yarımfinal qarşılaşmalarına çıxacaqlar. Bu döyüşlər iyunun 23-nə təsadüf edəcək. Yarışın sonuncu günündə - iyunun 24-də isə qaliblərin adları bilinəcək.

Qeyd edək ki, 10 çəki dərəcəsi üzrə keçiriləcək Avropa çempionatında 44 ölkədən 400-dək idmançının iştirakı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.