REGİONLAR


Xavər Hüseynova: Tur-aksiya gələcəkdə təhsildə yüksək nailiyyətlər əldə etməyimizə stimul olacaq

A+ A

Qəbələ, 18 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Azərbaycanın regionları ilə tanışlıq ölkəmizin tarixini, mədəni irsini dərindən öyrənməyimiz üçün yaxşı fürsətdir.

Bunu AZƏRTAC-a müsahibəsində Göygöl şəhər 6 saylı orta məktəbin XI sinif şagirdi Xavər Hüseynova deyib.

O, Qəbələ-Şəki-Zaqatala-Qəbələ marşrutu üzrə təşkil edilən tur-aksiya çərçivəsində məktəbli dostları ilə səfərə çıxıb və buna görə çox sevinir.

Xavər Hüseynova Qəbələ rayonunun qədim tarixi, mədəniyyət abidələri, sosial-iqtisadi inkişafı, turizm obyektləri və mənzərəli yerləri ilə tanışlıqdan xüsusi zövq aldığını bildirərək deyib: “Ölkəmizi tanıyaq” layihəsi çox gözəl aksiyadır. Biz Qəbələnin görməli, mənzərəli yerləri ilə tanış olduq. Eyni zamanda, bu səyahət biz şagirdlərə yüksək əhvali-ruhiyyə yaradır ki, bu da gələcəkdə təhsildə yüksək nailiyyətlər əldə etməyimizə stimul olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.