İDMAN


Xavi: Qvardiola mövsümdə bütün turnirləri qazanmağa çalışacaq

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Qvardiola “Mançester Siti” ilə cari mövsümdə bütün turnirləri qazanmağa iddialıdır.

AZƏRTAC xəbər verir ki, İspaniya millisi və “Barselona” futbol klubunun keçmiş yarımmüdafiəçisi Xavi Hernandez İngiltərənin “Mançester Siti” komandasında baş məşqçilik karyerasını davam etdirən həmyerlisi Xosep Qvardiola barədə belə açıqlama verib.

Xavi hesab edir ki, Qvardiola karyerası boyunca qalib olub. “O, carı mövsümdə İngiltərə klubu ilə bütün yarışlarda qalib olmağı hədəfləyib. Heç bir səbəb görmürəm ki, Qvardiola məqsədinə çata bilməsin. İspaniyalı mütəxəssis hələ “Barselona”da işlədiyi müddətdə bir mövsümdə üç titul əldə etmişdi. Şübhəsiz ki, o, ölkə daxili kubok oyunlarında ikinci heyətə şans verəcək. Çünki on bir nəfərlə bütün titullara yiyələnmək mümkün deyil”, - deyə Xavi qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.