CƏMİYYƏT


Xəbərdarlıq: Havanın temperaturu tədricən 3-5 dərəcə enəcək

A+ A

Bakı, 13 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə əhaliyə xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında avqustun 15-i gün ərzində, 16-da gecə və səhər şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə enəcək.

Rayonlarda avqustun 14-ü axşam və 15-də qərb küləyinin arabir güclənəcəyi gözlənilir, dağlıq və dağətəyi rayonlarda lokal xarakterli yağış yağacağı ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə düşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.