CƏMİYYƏT


Xəbərdarlıq: Qeyri-sabit hava şəraiti yaxın üç gün ərzində davam edəcək

Bakı, 24 oktyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, oktyabrın 27-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq rayonlarda sulu qar və qar yağacağı gözlənilir.

Çaylarda sululuğun artacağı ehtimalı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.