ELM VƏ TEXNOLOGİYA


“Xəbərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən “Tusi” nəşriyyatında ildə dörd dəfə geniş oxucu kütləsinə təqdim edilən “Xəbərlər” jurnalının bu ilə olan üçüncü -“İctimai və humanitar” elmlər seriyası çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, Naxçıvan Bölməsində, habelə digər elm, təhsil müəssisələrində çalışan alim və ziyalılarımızın müxtəlif sahələrdə uzun müddət apardıqları araşdırmalar, əldə etdikləri elmi-tədqiqat materialları əsasında dərc olunan jurnalın yeni nömrəsində ictimai və humanitar elmlərin bütün sahələrini əhatə edən elmi məqalələr tarix, arxeologiya və etnoqrafiya, Azərbaycan dili, ədəbiyyat və folklor, incəsənət, iqtisadiyyat bölmələrində işıqlandırılıb.

Jurnalda “Naxçıvan Azərbaycan Atabəylər dövlətinin mərkəzlərindən biri kimi”, “Əlincəçay körpüləri”, “Azərbaycanın Zəngəzur qəzasına Ermənistanın əsassız ərazi iddiaları və onun ağır nəticələri”, “Sovet Rusiyasının Cənubi Qafqazda milli siyasəti və Naxçıvan məsələsi”, “Muxtariyyətin əldə olunmasında Naxçıvanlı diplomatların fəaliyyəti”, “Naxçıvanda orta tunc dövrünün yeni yaşayış yeri və qəbir abidələri”, “Azərbaycan səhnəsinin ilk qadın aktyorları”, “Kənd təsərrüfatının maliyyə təminatında bank sektorunun xidmətləri” və digər mövzularda məqalələr yer alıb.

Məqalələrdə külli miqdarda qaynaqlara və müxtəlif dövrlərdə yaşamış müəlliflərin əsərlərinə istinad olunub. Hər bir müəllifin istifadə etdiyi mövzu ilə bağlı elmi mənbələrə istinadları yeni nəşrin ədəbiyyat siyahısında göstərilib.

Qeyd edək ki, jurnalda məqalələrin rus və ingilis dillərində xülasələri də dərc olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.