Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Xələf Xələfov: Xəzərin hüquqi statusu ilə bağlı prinsipial istiqamətlər üzrə ümumi razılıq əldə olunub

Xələf Xələfov: Xəzərin hüquqi statusu ilə bağlı prinsipial istiqamətlər üzrə ümumi razılıq əldə olunub Bakı, 30 sentyabr (AZƏRTAC, Əsəd Məmmədov). Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilmiş IV Sammitində 18 illik danışıqlardan sonra Xəzər dənizinin hüquqi statusu ilə bağlı prinsipial istiqamətlər və məsələlər üzrə ümumi razılıq əldə olunub. Bu, o deməkdir ki, Xəzər regionunda sabitlik mühiti, əməkdaşlıq ruhu daha da möhkəmlənir, investisiyaların cəlb olunması imkanları artır. Həmçinin xəzəryanı ölkələr arasında yeni etimad mərhələsi üçün əsaslar yaranır. Ümumiyyətlə, Xəzərin hüquqi statusu ilə bağlı danışıqlarda 18 il ərzində ən böyük irəliləyiş bu sammitdə müşahidə olundu.

AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 30-da Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilmiş IV Sammitinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Nazir müavini xatırladıb ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı danışıqlar prosesi 1996-cı ildən başlanıb. Həmin il Xəzərin statusu ilə daim məşğul olmaq üçün xarici işlər nazirlərinin müavinləri səviyyəsində işçi qrupu yaradılıb. İşçi qrupu Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin işlənib hazırlanması və razılaşdırılması istiqamətində danışıqlar aparır.

İşçi qrupunun son bir ildəki fəaliyyəti Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitinə hazırlıq işlərinin görülməsi ilə bağlı olub.

X.Xələfov bildirib ki, Həştərxan Sammitində Xəzər dənizinin hüquqi statusunun razılaşdırılması istiqamətində çox əhəmiyyətli yeni bir mərhələnin əsası qoyulub. Sammitin nəticəsi olaraq mühüm sənədlər qəbul olunub. Bunlardan Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentlərinin Bəyanatını xüsusi qeyd etmək olar. Bəyanatda Xəzər dənizində gələcək fəaliyyəti tənzimləyə bilən əsas prinsiplər öz əksini tapıb. Bu prinsiplər gələcəkdə Konvensiya layihəsində də yer alacaq.

Sammitdə əldə olunmuş önəmli razılaşmalardan danışan X.Xələfov bildirib ki, Xəzər akvatoriyasının bölüşdürülməsi məsələsində ümumi razılığa gəlmək, mövqeləri yaxınlaşdırmaq və xəzəryanı dövlətlərin maraqlarını əks etdirən ümumi normalar səviyyəsinə çatmaq böyük uğurdur.

Diqqətə çatdırılıb ki, Sammitdə imzalanmış “Xəzər dənizinin su bioloji resurslarının qorunması və onlardan rasional istifadə olunması haqqında” Saziş bütün xəzəryanı ölkələr üçün xüsusi əhəmiyyətə malikdir. Sazişə əsasən tərəflərin balıqçılıq fəaliyyətinin hüquqi əsasları tam müəyyən edilir, Xəzər dənizində bioresursların mühafizəsi və onlardan səmərəli istifadə məsələlərinin mexanizmləri yaradılır. Həmçinin sənədə əsasən bioresursların mühafizəsi və onlardan səmərəli istifadə məsələlərinə nəzarət edəcək hökumətlərarası komissiya da yaradılacaq.

Nazir müavini Sammitdə imzalanmış “Xəzər dənizində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Saziş barədə də danışıb. Bildirib ki, bu sənədə əsasən fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılması, qarşılıqlı yardımların göstərilməsi ilə əlaqədar əməkdaşlıq sistemi yaradılır. X.Xələfov əlavə edib ki, Xəzər dənizində təhlükəsiz fəaliyyəti təmin etmək üçün bu sahədə əməkdaşlığın mexanizmlərinin yaradılmasının böyük əhəmiyyəti var.

Nazir müavini növbəti Sammitin Qazaxıstanda keçirilməsinin nəzərdə tutulduğunu, həmin Sammitə qədər Konvensiya layihəsinin işlənib başa çatdırılması və müddəalarının razılaşdırılması ilə bağlı qarşıya məqsəd qoyulduğunu diqqətə çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Üzbəüz” layihəsini təqdim edib

BAM-ın tikintisində çalışmış Nurməmməd Cavadov: Azərbaycanın bizimlə olduğunu həmişə hiss edirdik

Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Rusiyalı ekspert: Azərbaycan Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır

NASA-nın yarışında Azərbaycanı fiziki məhdudiyyətli gənc təmsil edib

Efiopiyada silahlı qarşıdurmalar nəticəsində on minlərlə insan didərgin düşüb

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub

FHN: Ötən sutka ərzində 27 halda yanğına çıxış olub

Məktəblilərin Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri layihələr qalib olub

Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılır

Azərbaycan ilə Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılır

ADPU-nun Quba filialında tələbə spartakiadasına start verilib

Azərbaycan ilə Türkiyə baytarlıq sahəsində əməkdaşlıq edəcək

Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq

Əziz Ələkbərli: Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq

Türkiyədə “Şəhid ailələri Qafqaz İslam Ordusunun izində” adlı layihəyə start verilib

“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik

AMEA-da Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə görüş keçirilib

Qərbi Azərbaycan İcması Ermənistanın vətəndaş cəmiyyətinin fəaliyyətini və söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb

Dövlət Məşğulluq Agentliyi Qarabağ və Şərqi Zəngəzur üzrə 100-dək şəxsi peşə kurslarına cəlb edib

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələnib VİDEO

Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa

Mingəçevirdə ekoloji təhlükəsizlik qaydalarını pozan şəxslər müəyyən olunublar

“Azərtütün” tərəfindən indiyədək şimal-qərb rayonlarında 138,7 hektar sahədə tütün əkilib

“Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsinə başlanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Bakı hava limanı 10 il ərzində 36 milyondan çox sərnişinə xidmət göstərib

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 2024-cü ilin yanvar-mart aylarının yekununa dair məlumat açıqlanıb

Naviqasiya layihəsi üzrə təcrübəçi tələbələr Ədəbiyyat Muzeyində olublar

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram

İspaniyada azərbaycanlı gənc rəssamların sərgisi açılıb

“Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - BDU-da təlim

Agentlik sədri: Qərbi Azərbaycan ərazisindən xalq mahnıları lentə alınaraq erməni nümunələri kimi təqdim edilib

“Pensiya kalkulyatoru” e-xidmətinə 2,9 milyondan çox müraciət olub

Bu il 1 ton 787 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

Kamran İmanov: Azərbaycan xalqının atalar sözlərini ermənilər öz nümunələri kimi təqdim edirlər

Kolumbiya hökuməti və üsyançı qrup arasında danışıqların yeni mərhələsi keçiriləcək

Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq

Agentlik sədri: Ermənilər Molla Nəsrəddinin iti zəkasının Qarabağda erməni etnosu tərəfindən “doğulduğunu” göstərməyə çalışırlar

ADPU-nun “Robotex Türkiyə”də iştirak edən 3 komandasının hər biri qalib olub

Kamran İmanov: Agentlik UNESCO-nun Nizamnaməsinə uyğun olan vəzifələrini Azərbaycana münasibətdə yerinə yetirməsini tələb edir

Birinci rübdə elektrik enerji istehsalı 7 milyard kilovat-saatdan çox olub

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNƏCƏK

“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı

Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi açılıb

UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşüb

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Xəzər Sağlamlıq Mərkəzində tibbi aksiya keçirəcək

Goranboyda zəlzələ olub

“AzerGold”un birinci rübdə pərakəndə satış gəliri 8 faiz artıb

Laos telekommunikasiya fırıldaqçılığında şübhəli bilinən 250 çinlini ekstradisiya edib

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndirilir

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb VİDEO

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər

Avropa çempionatı: Azərbaycan şahmatçısı itkisiz irəliləyir

DİN: 5,7 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silahlar aşkarlanaraq götürülüb

Xankəndidə silah-sursat aşkarlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Rayonlarda hava şəraiti yağıntılı olub, Şahdağa sulu qar yağıb – Faktiki hava

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Şəmkirdə mağazada yanğın baş verib VİDEO

Malayziyada 2 helikoterin toqquşması nəticəsində 10 nəfər ölüb VİDEO

23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplaşır

Rəsmi Pekin ABŞ-ı Çin şirkətlərinə qarşı birtərəfli sanksiyaları dərhal dayandırmağa çağırıb

Türkiyə Böyük Millət Məclisinin açılışının 104-cü ildönümünü, Milli Suverenlik və Uşaq Bayramını qeyd edir

Füzuliyə qayıdan sakin: Bundan böyük sevinc hissi ola bilməz

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qazaxın dörd kəndinin dinc yolla geri qaytarılması növbəti zəfərimizdir - ŞƏRH

Çində gəmi körpüyə çırpılıb: 4 nəfər itkin düşüb

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtmaq ən böyük arzumuz idi

Hesabat: Dünyanı ən çox narahat edən 15 problem

Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

Düzgün nəfəs almaq ömrü uzadır

Ekstremal hava şəraiti Avropaya milyardlarla avro məbləğində ziyan vurub

Böyük Britaniya Kiyevə 617 milyon dollar hərbi yardım edir

ABŞ-ın Yel Universitetində etiraz aksiyaları zamanı 47 nəfər həbs olunub

Yuxu problemini aradan qaldırmaq üçün ən təsirli meyvə - Ananas

Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib YENİLƏNİB -2 VİDEO

Britaniyalı nazir Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə irəliləyişi alqışlayıb

Şimali Koreya ilk genişmiqyaslı nüvə əks-hücum təlimini keçirib

ABŞ günəş enerjisinin inkişafı üçün 7 milyard dollar ayırıb

Bloomberg: Rusiyada neft emalı minimuma enib

“İnter” 20-ci dəfə futbol üzrə İtaliya çempionu olub

Kemeron: Tacikistana səfər edən ilk britaniyalı xarici işlər naziri olmaqdan şadam

Duda: Polşada nüvə silahının yerləşdirilməsi ilə bağlı qərar qəbul edilməyib

Qambiya gənc diplomatlarını təcrübə qazanmaq üçün Azərbaycana göndərməkdə maraqlıdır

Kiyevdə 1913-cü ildə azərbaycanlı tələbələrin gizli yığıncağına həsr olunmuş tədbir keçirilib

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Tayvanda güclü zəlzələ baş verib

Türkiyə Superliqası: “Fənərbağça” səfərdə xal itirib

Bayden Zelenskiyə yeni silah paketinin tezliklə ayrılacağını vəd edib

Rusiyanın “Birinci kanal”ı Prezident İlham Əliyevin işgüzar səfəri haqqında reportaj yayımlayıb