REGİONLAR
“Xəmsə” milli intellektual oyununun Tərtərdə keçirilən rayon turunda 40 yeniyetmə öz biliyini nümayiş etdirib
Tərtər şəhərindəki Gənclər Mərkəzində “Xəmsə” milli intellektual oyunu üzrə rayon turu keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışın açılışında çıxış edən rayon gənclər və idman idarəsinin rəisi İsmayıl İsmayılov “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası istiqamətində rayonda görülmüş işlərdən və həyata keçirilən tədbirlərdən danışıb, iştirakçılara uğurlar arzulayıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda yaşı 18-dək olan 40 yeniyetmə öz biliyini və intellektual potensialını nümayiş etdirib. Şəhər 1 nömrəli tam orta məktəbin “Cövdəc” komandası birinci, şəhər 2 nömrəli məktəb-liseyin “Lider” komandası ikinci, şəhər 5 nömrəli məktəbin “İntellekt” komandası üçüncü yerləri tutub.
Qaliblərə rayon gənclər və idman idarəsi tərəfindən diplomlar təqdim olunub. Birinci və ikinci yerə layiq görülən komandalar ölkə çempionatının zona mərhələsində iştirak etmək hüququ qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]
Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib
- 23.04.2024 [13:26]
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB
- 23.04.2024 [12:58]
Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm
- 23.04.2024 [10:46]
“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı
- 23.04.2024 [10:18]
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb VİDEO
- 23.04.2024 [10:17]
Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər
- 23.04.2024 [09:42]