SİYASƏT


Xerardo Amarilya: Azərbaycan dünyada multikultural dəyərlərin qorunub saxlanmasına mühüm töhfə verir

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Uruqvay Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xerardo Amarilya Bakıda keçiriləcək Beynəlxalq Humanitar Foruma dəvət olunduğu üçün təmsil etdiyi qurum adından təşəkkürünü bildirib. O, Azərbaycanı dünyada multikultural ənənə və dəyərlərin qorunub saxlanmasına mühüm töhfə verən ölkə kimi xarakterizə edərək, Forum təşəbbüsünün ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Elmar Məmmədyarov Azərbaycanın Uruqvay ilə ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirərək, iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib. İki ölkə arasında münasibətləri daha da gücləndirmək üçün siyasi məsləhətləşmələr mexanizminin davam etdirilməsinin vacibliyini bildirib.

Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı qonaqlara ətraflı məlumat verən E.Məmmədyarov münaqişənin yalnız beynəlxalq hüquq normalarına müvafiq olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalı olduğunu deyib.

Görüşdə, həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, humanitar, mədəniyyət və təhsil sahəsində əlaqələrin təşviqi kimi məsələlər də müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.