CƏMİYYƏT


Xərçəng heç də həmişə ölümcül deyil

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC 

Britaniyalı mütəxəssislər son bir neçə ildə aparılmış tibbi tədqiqatları təhlil ediblər. Məlum olub ki, xərçəng xəstəliyi olan insanlar on ildən çox yaşaya bilərlər.

AZƏRTAC “vistanews.ru” saytına istinadla xəbər verir ki, Böyük Britaniya alimlərinin məlumatına görə, dəri xərçəngi diaqnozu qoyulmuş insanların 90 faizi on il və daha çox yaşaya bilər. Döş xərçəngindən əziyyət çəkən qadınların təxminən 80 faizi bir o qədər yaşaya bilər. Müvafiq göstərici prostat vəzinin xərçəngindən əziyyət çəkənlərə də aiddir.

Xərçəng xəstəliyinin digər növlərində sağ qalmaq göstəricisi bir qədər azdır. Mədəaltı vəzi xərçəngi ilə insanların on il və daha çox yaşamaq ehtimalı 5,7 faiz təşkil edir. Bu göstərici ağciyər xərçəngində 10 faiz, beyin xərçəngində 12 faizdir. Lakin son bir neçə ildə pasiyentlərin xərçəng diaqnozu ilə sağ qalması ehtimalı iki dəfə artıb. Xərçəng xəstəliyinin geniş yayılmış növlərində 10 adamdan 8-i xəstəlikdən tamamilə sağalır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.