DÜNYA


Xərçəng xəstəliyinə qarşı müntəzəm genetika analizi məsləhət görülür

London, 4 iyul, AZƏRTAC 

Məşhur Britaniyalı həkim, professor Dame Salli Deyvis xərçəng xəstəliyinə qarşı daha effektli mübarizə üçün mütəmadi olaraq DNT testinin aparılmasının vacib olduğunu bildirib.

Onun sözlərinə görə, DNT testi qan analizi kimi standart prosedur halına gəlməlidir. İnsan bədənində 20 minə yaxın genlər fəaliyyət göstərir. Həmin genlərdəki pozğunluqlar xərçəng və ya digər xəstəliklərə səbəb olur. Genlərdəki bu pozğunluq aşkar edildikdən sonra xərçəng xəstələrinin müalicəsi daha da təkmilləşdirilmiş olacaq.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.