ELM VƏ TEXNOLOGİYA


Xərçəngin genetik və biokimyəvi əsasları müzakirə olunub

A+ A

Bakı, 20 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) növbəti beynəlxalq vebinar (internet vasitəsi ilə seminar) keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda GEİ-nin böyük elmi işçisi, insan genetikası qrupunun rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Elvin Əliyev “İnsanın bədxassəli şiş hüceyrələrinə, hüceyrə kulturası şəraitində tətbiq olunan kimyaterapik dərman təsirinin biokimyəvi və genetik tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.

Alim insan bədənində əmələ gələn bədxassəli şişlər haqqında ümumi məlumat verərək xərçəngin genetik və biokimyəvi əsaslarından bəhs edib. Bildirilib ki, dünyada bir çox xərçəng tədqiqatları in-vitro hüceyrə kulturası şəraitində aparılır və pozitiv nəticələr daha sonra yenidən öyrənilir.

Mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.