MƏDƏNİYYƏT


Xətai Rayon Mərkəzi Kitabxanasında “Nağıl saatı” keçirilib

Bakı, 13 iyul, AZƏRTAC

İyulun 13-də Xətai Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası kiçikyaşlı oxucular üçün “Nağıl saatı” keçirib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Xətai rayon 271 nömrəli uşaq bağçasının müəllim və uşaqları iştirak ediblər. Əvvəlcə uşaqlar kitabxanada hazırlanmış stend, rəsm əsərləri və oxucuların əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sonra onlar “nağıl otağı”na baş çəkiblər. Orada uşaq şöbəsinin baş kitabxanaçısı Təranə Quliyeva “Tülkü, tülkü, tünbəki”, “Əlcək” və “Bulud” nağıllarını söyləyib.

“Nağıl saatı”nın keçirilməsində məqsəd uşaqları körpə yaşından kitabxanaya və kitaba alışdırmaq, onları vətənpərvərlik ruhunda tərbiyə etməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.