MƏDƏNİYYƏT


Xətai Sənət Mərkəzi növbəti uşaq rəsm müsabiqəsini elan edib

Bakı, 14 iyun, AZƏRTAC

Bakı Xətai Sənət Mərkəzində “Mənim yay tətilim-2017” adlı respublika uşaq müsabiqəsinə start verilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə məktəblilərin yay tətili xatirələrini rənglərlə anlatma bacarıqlarını təkmilləşdirmək məqsədi ilə təşkil edilib.

Müsabiqəyə 15 yaşadək fırça ustaları ən çox üç sənət əsəri ilə qatıla bilərlər. Mövzu və düzgün kompozisiyalara üstünlük veriləcəyi müsabiqədə ən çox uşaqların öz duyğuları ilə işləmiş olduğu əsərlər seçiləcək.

İştirak etmək istəyənlər şəxsi məlumatlarını və işlərinin fotosunu sentyabrın 10-dək Xətai Sənət Mərkəzinin [email protected] elektron ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.