MƏDƏNİYYƏT


Xətai Sənət Mərkəzində “Hər çiçəyin öz ətri...” adlı rəsm sərgisi açılacaq

Bakı, 22 dekabr, AZƏRTAC

Dekabrın 23-də Xətai Sənət Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Multikulturalizm ili”nə həsr olunmuş “Hər çiçəyin öz ətri...” adlı uşaq və yeniyetmələrin Azərbaycanda yaşayan azsaylı xalqların nağılları əsasında çəkilmiş rəsm sərgisi keçiriləcək.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə rəsm əsərlərinin sərgisi ilə yanaşı, azsaylı xalqların milli geyimləri də uşaqların təqdimatında nümayiş olunacaq.

Tədbiri keçirməkdə əsas məqsəd azsaylı xalqların nağıllarının tanıdılması, zəngin mənəvi yaddaşa və düşüncə tərzinə malik istedadlı uşaqları üzə çıxarmaqdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.