MƏDƏNİYYƏT


Xətai Sənət Mərkəzində balaca fırça ustalarının əsərləri sərgilənib

Bakı, 7 iyun, AZƏRTAC

Bakı Xətai Sənət Mərkəzində “Mənim düşüncəm-2017” adlı uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Sərgidə 15 yaşa qədər olan 190-dək balaca fırça ustasının 200 sənət əsəri nümayiş olunub.

Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş müsabiqə-sərgi uşaqlarda bədii zövqün formalaşması, yaradıcılıq duyğularının inkişafı, əhatə olunmuş mühitə münasibətin mükəmməlləşməsi məqsədi daşıyır.

Müsabiqənin şərtlərinə uyğun olaraq qalib iştirakçılar diplomlarla təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.