MƏDƏNİYYƏT


Xətai Sənət Mərkəzində beş yaşlı fırça ustasının sərgisi açılıb

Bakı, 3 iyun, AZƏRTAC

Bakı Xətai Sənət Mərkəzində beş yaşlı fırça ustası Feyziran Zamanın “Rəngli həyat” adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Xətai Sənət Mərkəzinin dəstəyi ilə təşkil olunan sərgidə balaca qızcığazın 40-dək əl işi nümayiş edilib.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov çıxış edərək sərginin əhəmiyyətindən danışıb.

Balaca fırça ustasının istedadından söz açan A.İbrahimov deyib ki, qızcığazın bu yaşda gözəl və məna dolu əsərlər yaratması onun incəsənətə olan bağlılıq və sevgisindən xəbər verir. Belə istedadlı uşaqlara böyük mənada dəstəyin vacibliyini qeyd edən Xalq Rəssamı sərgidə nümayiş edilən əsərlərin məziyyətindən danışıb.

Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan birgünlük sərgidə uşaq dünyasına həsr olunmuş əsərlər yer alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.