MƏDƏNİYYƏT


Xətai Sənət Mərkəzində rəsm müsabiqəsi davam edir

Bakı, 8 avqust, AZƏRTAC

Bakı Xətai Sənət Mərkəzinin “Vətənin tərənnümü” mövzusunda elan etdiyi etüd rəsm müsabiqəsinə işlərin qəbulu davam edir.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə 15 yaşından yuxarı hər kəs iştirak edə bilər.

İştirak etmək istəyənlər əsərlərini sentyabrın 20-dək Xətai Sənət Mərkəzinə təqdim etməlidir. İştirakçılar arasında vətənpərvərlik ruhunun inkişaf etdirilməsi məqsədi daşıyan müsabiqənin mövzusu sərbəstdir. Müsabiqəyə ən çox üç əsər təqdim etmək mümkündür.

Qaliblər diplomlarla təltif olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.