MƏDƏNİYYƏT


Xətai Sənət Mərkəzində uşaqların yaradıcılıq studiyası yeni tədris ili fəaliyyətinə başlayıb

A+ A

Bakı, 24 sentyabr, AZƏRTAC

Bakı Xətai Sənət Mərkəzində Uşaq Rəsm Yaradıcılıq Studiyası yeni tədris ili fəaliyyətinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gələn yaradıcılıq studiyası uşaqların bədii zövqünün formalaşdırılması və onlarda incəsənətə marağın artırılması məqsədi ilə yaradılıb.

Hər bir azyaşlının iştirak edə biləcəyi yaradıcılıq studiyasında uşaqlar sənət dünyasının gözəllikləri ilə yaxından tanış olmaqla yanaşı, incəsənətin bütün janrlarını mənimsəmə imkanı əldə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.