İDMAN


“Xətai” komandası məhəllələrarası mini futbol turnirinin Bakı mərhələsinin qalibi olub

A+ A

Bakı, 18 oktyabr, Həsrət Mahmudova, AZƏRTAC 

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illik yubileyi münasibətilə oktyabrın 18-də məhəllələrarası mini futbol turnirinin Bakı mərhələsinin final yarışları keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 2005-2006-cı il təvəllüdlü uşaqlardan ibarət komandalar mübarizə aparıb. Yarışda Bakının rayonları ilə yanaşı, “Şuşa”, “Zəngilan” və “Laçın” komandaları da iştirak ediblər.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Xətai” komandası birinci yeri tutub. “Nizami” kollektivi ikinci, “Nərimanov” isə üçüncü pillədə qərarlaşıb.

İlk üç yeri tutan komandaların üzvlərinə kubok, medal və diplomlar təqdim olunub.

Turnirin bağlanış mərasimində çıxış edənlər uşaq və yeniyetmələr arasında idmanın təbliği, habelə onların vətənpərvərlik ruhunda tərbiyəsi baxımından belə yarışların əhəmiyyətini yüksək qiymətləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.