REGİONLAR


Xətai məktəblisi: Gəncə xoş xatirələrimizin və qalibiyyətimizin şəhəri kimi yaddaşımızda qalacaq

A+ A

Gəncə, 21 noyabr, Rauf Hacıyev, AZƏRTAC

“Ölkəmizi tanıyaq” layihəsinə qoşulduğum üçün özümü sevincli və bir o qədər də şanslı hesab edirəm. Gəncə gözəl şəhərdir. Mən bu şəhəri və onun sakinlərini heç vaxt unutmayacaq qədər sevdim. Çünki yoldaşlarımla bərabər həm Gəncədə doyunca gəzdim, əyləndim, özümə yeni dostlar qazandım, həm də “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibi oldum.

Komandanın kapitanı olaraq məsuliyyətim böyük idi. Sualları tapmağımızda məktəbdə aldığımız bilik, bir də tur-aksiya zamanı verilən məlumatlar köməyimiz oldu. Yarış gərgin, lakin maraqlı keçdi. Komandaların hamısı güclü idi. Amma turnirin kubokunu kapitanı olduğum “Alfa” komandası qazandı.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı, Xətai rayonu 17 nömrəli orta məktəbin 10-cu sinif şagirdi Mirsadiq Əzizov bildirib.

O deyib: “Ölkəmizi tanıyaq” tur-aksiyası Prezident İlham Əliyevin gənc nəslə göstərdiyi diqqət və qayğısının nəticəsidir. Bizə belə bir şərait yaratdığı üçün dövlətimizin başçısına minnətdarıq. Komandamızın bu layihədə qazandığı uğura rayonumuz və təhsil aldığımız məktəblərin müəllimləri, şagirdləri sevinəcəklər. Əminəm ki, layihə çərçivəsində əldə etdiyimiz hər bir uğur gələcəkdə Vətənimizin adına qazanacağımız böyük qələbələrin başlanğıcıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.