MƏDƏNİYYƏT


Xətai rayon Mərkəzi Kitabxanasında Bilik günü ilə əlaqədar tədbir keçirilib

A+ A

Bakı, 10 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon Mərkəzi Kitabxanasında 15 sentyabr - Bilik günü ilə əlaqədar “Bilik öyrənməyi ar bilən hər kəs, dünyada mərifət qazana bilməz” başlığı altında tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, rayonda yerləşən bir sıra məktəb və liseylərin şagirdlərinin iştirak etdiyi tədbirdə ölkəmizdə təhsilin inkişafından, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışılıb.

Tədbirdə məktəblilərin ifasında N.Gəncəvinin, B.Vahabzadənin, T.Bayramın şeirləri səsləndirilib, səhnəciklər təqdim olunub.

Həmçinin, kitabxanada sərgi də təşkil edilib.

Sonda şagirdlər fəxri fərmanla mükafatlandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.