CƏMİYYƏT


Xətai rayonu ərazisində törədilmiş quldurluq cinayətinin üstü açılıb

Bakı, 22 iyun, AZƏRTAC

Paytaxtın hüquq-mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisində törədilmiş quldurluq cinayətinin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, bu il martın 15-də saat 1 radələrində Xətai rayonu ərazisində yerləşən “Ailə” şirkətinin inzibati binasına naməlum şəxslərin daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib seyfdə olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirib hadisə yerindən qaçmaları faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.3-cü, 181.2.4-cü və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən üç nəfərdən biri - Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Süleymanov Kamran Sahib oğlu martın 21-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.