İQTİSADİYYAT


Xətai rayonu ərazisindəki Cavanşir küçəsi təmir olunub VİDEO

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

Bakı şəhərinin Xətai rayonu ərazisindəki Cavanşir küçəsində “Azəravtoyol” ASC tərəfindən təmir işləri aparılıb.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən küçənin uzunluğu 1300 metr, eni isə 12,5 metrdir.

Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb, zəruri olan yerlərdə yol əsasında kipləşdirmə işləri aparılıb. Küçə boyu 2500 poqonmetr köhnə səki daşı yenilənib, yeni piyada səkilərinin tikintisi, mövcud olan piyada səkilərinin isə bərpa edilməsi istiqamətində addımlar atılıb. Bundan başqa, yeraltı kommunikasiya xətlərinin yenilənməsi və təmiri də həyata keçirilib.

Daha sonra küçəyə, həmçinin yeni qurulmuş və bərpa olunmuş piyada səkilərinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə 18 min kvadratmetr sahə asfaltlanıb.

Təmir işləri zamanı səth sularının kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, zəruri olan yerlərdə yol nişanları quraşdırılaraq, yolun xətlənməsi işləri görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.