İQTİSADİYYAT


Xətai rayonu ərazisindəki Cavanşir küçəsi təmir olunur VİDEO

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

Paytaxtın Xətai rayonu ərazisindəki Cavanşir küçəsində “Azəravtoyol” ASC tərəfindən təmir işləri görülür. Sözügedən küçənin uzunluğu 1300 metr, eni isə 12,5 metrdir.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü ərazidən daşınıb, zəruri olan yerlərdə yol əsasında kipləşdirmə işləri aparılıb.

Hazırda küçə boyu 2500 poqonmetr köhnə səki daşının yenilənməsi, yeni piyada səkilərinin tikintisi, mövcudlarının isə bərpa edilməsi istiqamətində işlər aparılır, yeraltı kommunikasiya xətlərinin yenilənməsi və təmiri həyata keçirilir.

Daha sonra küçəyə, həmçinin yeni qurulmuş və bərpa olunmuş piyada səkilərinə yeni asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə isə 18 min kvadratmetr sahənin asfaltlanması nəzərdə tutulub.

Təmir işləri zamanı zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq və yolun xətlənməsinə başlanılacaq.

Bütün işlər tərtib olunmuş qrafikə uyğun aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.