CƏMİYYƏT


Xətai rayonunda Dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilib

Bakı, 23 iyun, AZƏRTAC

Xətai rayon İcra Hakimiyyətində 23 iyun - Dövlət qulluqçularının peşə bayramı münasibətilə keçirilən toplantı müasir, müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb.

İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə icra hakimiyyəti başçısının müavini Teymur Əzizov dövlət qulluqçuları gününün yaranması və onun ölkəmizdə rəsmi bayram kimi qeyd edilməsi tarixi haqqında qonaqlara ətraflı məlumat verib. Vurğulanıb ki, BMT Baş Assambleyasının 2002-ci il dekabrın 20-də qəbul edilmiş qətnaməsinə əsasən təsis edilən bayram 2003-cü ildən qeyd olunur və “dövlət qulluğu” anlayışı ilk dəfə ölkəmiz müstəqillik əldə edəndən sonra Konstitusiyada əksini tapıb.

Rayon icra hakimiyyətinin şöbə müdiri Pənah İmanov məruzə edərək bildirib ki, son illərdə ölkə rəhbərliyinin dəstəyi ilə yaradılmış dövlət qulluğuna qəbulun Azərbaycan modeli həm ölkə daxilində, həm də beynəlxalq aləmdə mütərəqqi və səmərəli bir model kimi qəbul edilərək Avropa və Asiya məkanında çox böyük maraqla qarşılanır və öyrənilir.

Qeyd olunub ki, ölkəmizdə fəaliyyət göstərən nazirlik, komitə və digər qurumlarda 30 minədək dövlət qulluqçusu çalışır. 10 mindən çox təqaüdçü dövlət qulluqçusu kimi pensiya alır.

Məlumat verilib ki, icra hakimiyyətində çalışan 21-i gənc, 11-i xanım olmaqla 41 dövlət qulluqçusu fəaliyyət göstərir.

Sonra dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunan rayonun memarı Vadim Surxayev göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.