CƏMİYYƏT


Xətai rayonunda çoxmərtəbəli binada yanğın baş verib

Bakı, 5 iyul, AZƏRTAC

Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 kvadratmetr olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd kondisioner, televizor və divan-kreslo yanıb.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yüksək temperaturdan mətbəxin 1 ədəd plastik pəncərə çərçivəsi 3 kvadratmetr sahədə və hamamın lambirdən ibarət tavanı 6 kvadratmetr sahədə əriyib. 8 bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Yanğın saat 20:45-də söndürülüb, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.