CƏMİYYƏT
Xətai rayonunda yaşayış binasında baş vermiş yanğın söndürülüb [YENİLƏNİB] VİDEO
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunmuş müvafiq canlı qüvvəsinin səyləri və texnikasının köməyi ilə yanğın söndürülüb. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.
x x x
20:56
Bakı, 10 aprel, AZƏRTAC
Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.