ELM VƏ TƏHSİL


Xətai və Suraxanı rayonları üzrə səyyar qəbul dekabrın 16-da keçiriləcək

Bakı, 13 dekabr, AZƏRTAC 

Dekabrın 16-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən paytaxtın Xətai və Suraxanı rayonları üzrə səyyar qəbul keçiriləcək.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, Bakıdakı 318 nömrəli tam orta məktəbdə (Ünvan: Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi 18) təşkil olunan səyyar qəbul saat 10:00-da başlanacaq.

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmini üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

Qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırılacaq, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.