MƏDƏNİYYƏT
“Xeyirlə Şərin rəqsi” “YARAT” Film Klubunda
Bakı, 27 aprel, AZƏRTAC
Mayın 2-də “YARAT” Müasir İncəsənət Mərkəzində Yavər Rzayevin “Xeyirlə Şərin rəqsi” tammetrajlı bədii filmi nümayiş olunacaq. Film Xalq Yazıçısı Çingiz Abdullayevin “Quba kapriççiosu” povestinin motivləri əsasında ekranlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, “YARAT” Film Klubunun təşkil edəcəyi nümayişdə Çingiz Abdullayev, Yavər Rzayev, filmin çəkiliş heyəti, baş rolların ifaçıları iştirak edəcəklər.
“Xeyirlə Şərin rəqsi” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Ekran əsərinin ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarları Siyavuş Kərimi və Emin Kərimi, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları İlqar Muradov, Məbud Məhərrəmov, Qurban İsmayılov, Şükufə Yusupova, Rasim Cəfər və başqaları canlandırıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]