ELM VƏ TƏHSİL


Xəzər Universitetinin “Dünya” məktəbində SAT test mərkəzi açılıb

Bakı, 15 dekabr, AZƏRTAC

Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən “Dünya” məktəbi artıq SAT imtahanlarının rəsmən keçirildiyi mərkəzlərdən birinə çevrilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, “College Board” təşkilatının Beynəlxalq Bakalavriat Məktəbinə göndərdiyi məktubda 60144 təsdiq kodu verilir və bildirilir ki, məktəbdə SAT imtahanlarının təşkil olunmasına rəsmən səlahiyyət verilir.

SAT dünyanın bir çox kollec və universitetlərində qəbul olunan standartlaşdırılmış test imtahanıdır. İmtahan riyaziyyat, tənqidi oxuma və yazı bölmələrindən ibarət olub şagirdlərin savadını, yazı, analitik və problem həlletmə bacarıqlarını qiymətləndirir. SAT imtahanları ABŞ-da yerləşən “College Board” qeyri-hökumət təşkilatı tərəfindən idarə olunur. “College Board” təşkilatının bildirdiyinə görə, “SAT imtahanları abituriyentlərə universitetə qəbul olunmaları üçün ilk addım atmaqda kömək edir. Test mərkəzinə çevrilməklə, həm şagirdləri SAT, SAT fənn testləri, həm də ali təhsilə hazırlıqla bağlı məlumatlandırmaq imkanı əldə edəcəksiniz.”

“Dünya” məktəbində ilk imtahan 2017-ci il yanvarın 21-də keçiriləcək. (Ünvan: Əcəmi Naxçıvani küç. 9).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.